Gürcüstanda tibb işçilərinin koronavirusa yoluxması təsdiqlənib.

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, 10 tibb işçisinin COVID-19 infeksiyasına yoluxması klinika, poliklinika və təcili tibbi yardım şöbələrində qeydə alınıb.

A.Qamkrelidze qeyd edib ki, rəhbərlik etdiyi mərkəz tibb müəssisələri üçün təlimat və bir sıra tövsiyələr hazırlayıb/Report.