“Gürcüstanda koronavirusun yayılmasının pik həddinin nə zaman olacağını dəqiq proqnoz etmək mümkün deyil”.

Bunu ölkənin baş naziri Giorgi Qaxaria bildirib.

Onun sözlərinə görə, bu virusla yaşamağa və işləməyə alışmaq lazımdır: “Əlbəttə ki, bu, gündəlik həyatımızı dəyişdirəcək. Lakin bu, iqtisadiyyatımızın mümkün qədər tez bərpası üçün yeganə vasitədir”/Report.