İspaniyada daha 517 nəfər koronavirusun qurbanı olub.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata görə, ölkədə koronavirusdan ölənlərin sayı 17 489 nəfərə çatıb.
Bundan başqa, nazirlik yoluxma faktlarının sayının da 166 019-dan 169 496-ya yüksəldiyinivurğulayıb.