Dünən axşam saatlarında istefa verdiyini açıqlayan Türkiyənin Daxili işlər naziri Süleyman Soylu qərarını geri götürüb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə nazirin özü belə açıqlama verib: “Dövlət və millət uğrunda atılan addımlarda çatışmazlığımızın bu iki iradə tərəfindən insanlıq durumu olaraq qəbul edilərək, səhvlərimizi düzəltmə haqqının verilməsi məsuliyyətimizi artırıb. Millətə xidmətə davam edirik”.