Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayev yeni bank açmağa hazırlaşır.

Mia.az Demokratiya.info-ya istinadən xəbər verir ki,  keçmiş nazirin yeni bankı Londonda fəaliyyət göstərəcək.

Məlumatda deyilir ki, bir zamanlar Bakıda böyük imkanlara sahib olan bu şəxs vəzifədən getdikdən sonra çox şeylər itirməli olub. Lakin həmin itirdiklərini yenidən əldə etmək üçün Azərbaycanda fəaliyyəti də səmərə verməyib. Ona görə də, Qərb ölkələrinə üz tutmalı olub. Bu səbəbdən də ən əlverişli yer kimi İngiltərəni seçib ki, yaxın günlərdə də həmin bankın rəsmi təqdimatı olacağı deyilir.