Azərbaycanın Xarici İşlər Nazirliyi Yəməndə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya ilə elan edilmiş atəşin dayandırılmasını alqışlayır.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “Twitter”dəki səhifəsində açıqlama verilib:

"Biz ümid edirik ki, bu, ölkədə uzun müddətli sülh və təhlükəsizlik üçün yeni imkanlar açacaq və Yəməndə münaqişəyə son qoymaq üçün bütün tərəfləri BMT-nin xüsusi nümayəndəsi ilə sıx əməkdaşlıq etməyə həvəsləndirəcək".