İranda son sutkada daha 125 nəfər koronavirusdan ölüb.

Bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.

Onun sözlərinə görə, bununla da ölkədə pandemiya qurbanlarının ümumi sayı 4 357-yə çatıb.

K.Cahanpur deyib ki, İranda son sutkada infeksiya daşıyıcılarının sayı 1 837 nəfər artaraq 70 029-a yüksəlib. 

Sözçü xəstəxanada müalicə alan 3 987 pasiyentin vəziyyətinin ağır olduğunu da vurğulayıb/Report.