Ukraynada son sutkada koronavirusa daha 308 nəfər yoluxub, 4 nəfər isə virusdan ölüb.

Mia.az xəbər verir ki, məlumatı Ukraynanın Səhiyyə Nazirliyi yayıb.

Bildirilib ki, ümumilikdə ölkə üzrə 2 511 nəfər virusa yoluxub, 73 nəfər infeksiyadan ölüb, 79 nəfər isə sağalıb.