“Hazırda Gürcüstanda təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 233 nəfər təşkil edir”.

Bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.

O deyib ki, Ermənistan və Türkiyədə COVID-19 infeksiyasına yoluxan üç Gürcüstan vətəndaşı müalicə üçün vətənə gətirilib.

Qeyd edək ki, qonşu ölkədə virusa yoluxanların 54-ü sağalıb, 3-ü isə ölüb.

Hazırda karantində 4 672, stasionar nəzarətdə isə 373 nəfər saxlanılır.