Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin keçmiş hakimi Fikrət Babayev bu gün vəfat edib. Onun ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

Virtualaz.org-un verdiyi məlumata görə, Fikrət Babayev 1938-ci ildə iyulun 1-dəNaxçıvan Muxtar RespublikasınınŞərur rayonunun Qıvraq kəndində anadan olub.F.Babayev 1967-ci ildəAzərbaycan Dövlət Universitetininhüquq fakültəsinibitirib.

1967-ci ildən Naxçıvan Muxtar RespublikasınınOrdubad şəhərində Daxili İşlər Nazirliyinin müstəntiqi vəzifəsində fəaliyyətə başlayıb.1967-ci ildən1975-ci ilədək Daxili İşlər Nazirliyində müstəntiq,1975-1978-ci illərdə Daxili İşlər Nazirliyinin şöbə rəisinin müavini,1978-ci ildən1981-ci ilədək Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin İstintaq şöbəsinin rəisi vəzifəsində,1992-ci ildən1998-ci ilədəkAzərbaycan Respublikası Daxili İşlər Nazirliyininİstintaq idarəsinin rəis müavini vəzifəsində işləyib.

2003-cü ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə«Tərəqqi» medalıilə təltif olunub.2012-ci iloktyabrın 8-dəprezident İlham ƏliyevKonstitusiya Məhkəməsinin hakimi Fikrət Babayevin səlahiyyətlərinə xitam verilməsi haqqında sərəncam imzalayıb.