Belarusda son sutkada koronavirusdan ölənlərin sayı 19 nəfərə çatıb.
“RİA Novosti” xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, infeksiyaya yoluxanların sayı 1 793 nəfərə yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 615 000-i ötüb. Bunların 362 572 nəfəri sağalıb, 96 794 nəfəri isə ölüb/Report.