"Namizədliyimi geri götürməyimlə bağlı yayılan xəbərlər yalandır. Əksinə yüksək əhval-ruhiyyə ilə təbliğat-təşviqat kampaniyamızı davam etdiririk”.
Bunu Azvision.az-a açıqlamasında prezidentliyə namizəd Zahid Oruc onun namizədliyini geri götürməsi ilə bağlı yayılan xəbərə münasibət bildirərkən deyib. O vurğulayıb ki, tele-debatlardakı çıxışlarını da davam etdirəcək: "Mənim dövlətçilik ideyasını yüksək tutmağım kimlərinsə marağı ilə üst-üstə düşmür. Xüsusilə də davakarlığı qabardan qüvvələrə bu, sərf etmir, ona görə də belə məlumatlar yayılır”.
Prezidentliyə namizəd seçiciləri ilə görüş-mitinqi keçirəcəyini də bildirib: "Bu istiqamətdə addımlar atılıb. Artıq mitinqin vaxtı da dəqiqləşib. Bir sıra təşkilati və texniki işlər başa çatdıqdan sonra bununla bağlı ictimaiyyətə məlumat verəcəyik”.
Zahid Oruc namizədliyini geri götürür?
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51