İtaliyada son sutka ərzində daha 604 nəfər koronavirusun qurbanı olub.
Bu barədə ölkənin Mülki Müdafiə Xidmətinin rəhbəri Andjello Borelli məlumat verib.
O deyib ki, bununla da ölkədə COVID-19 infeksiyasından ölənlərin sayı 17 127 nəfərə çatıb.
Bundan başqa, İtaliyada koronavirusa yoluxma halları daha 3039 nəfər artaraq 135 586-ya çatıb/Report.