İngiltərədə daha 758 nəfər koronavirusun qurbanı olub.
“Sky News” xəbər verir ki, İngiltərədə virus qurbanlarının sayı 5 655-ə çatıb.
Daha öncə Şotlandiyada ölənlərin sayı 296-ya, Uelsdə 193-ə, Şimali İrlandiyada isə 73 çatdığı açıqlanmışdı.
Beləliklə, Birləşmiş Krallıqda koronavirusdan ölənlərin sayı 6 217 nəfərə çatıb/Report.