Ukraynada son sutkada 143 nəfər koronavirus yoluxub.

Mia.az xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bu, ötən günkü sutkalıq göstəricidən 75 nəfər daha çoxdur: "Hazırda ölkədə virus daşıyıcılarının sayı 1462 nəfərə çatıb".

Ukraynada indiyədək 45 nəfər virusun qurbanı olub. 28 nəfər isə infeksiyadan sağalıb.