ABŞ-da koronavirusdan ölənlərin sayı artıb.
Bu barədə Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, ölkədə koronavirusdan ölənlərin sayı 10 335 nəfərə çatıb.
Bundan başqa, ABŞ-da 340 minə yaxın şəxs infeksiyanın daşıyıcısıdır.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.