Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov əfv edilib.
Mia.az xəbər verir ki, onun adı Prezidentin bu gün "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamında yer alıb.
Qeyd edək ki, A.Çovdarov 2015-ci ildə həbs edilib. O, Bakı Hərbi Məhkəməsinin hökmü ilə 12 il azadlıqdan məhrum olunmuşdu.
Çovdarovla yanaşı, MTN-nin Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov və Azərbaycan İslam Partiyasının funksioneri, 1955-ci il təvəllüdlü Abbasov Fəramiz Zeynal oğlu da azadlığa buraxılıb.
Mia.az