Rusiyada son bir gündə daha 582 nəfərdə koronavirus aşkarlanıb.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, hazırda ölkədə koronavirusa yoluxmuş 4731 insan var.
Məlumata görə, ötən gün Rusiyada daha 9 nəfər bu virusdan vəfat edib: "Bununla da koronavirusdan ölənlərin sayı 43-ə çatıb. Bununla yanaşı, indiyə qədər 333 nəfər koronavirusdan sağalıb".