Gürcüstanda koronavirusa daha bir yoluxma faktı təsdiqlənib.
Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Bununla da ölkədə təsdiqlənən koronavirusa yoluxma hallarının sayı 131-ə çatıb.
Koronavirus xəstələrinin 26-sı sağalıb. Karantində 5 550, stasionar nəzarətdə isə 281 nəfər var.
Hazırda Gürcüstanda aktiv COVID-19 infeksiyası daşıyıcılarının sayı 105 nəfər təşkil edir/Report.