ABŞ-da daha bir gürcü din xadiminin koronavirusa yoluxması təsdiqlənib.
Bu barədə Şimali Amerikanın yepiskopu Saba İntskirveli məlumat yayıb.
Keşiş Spiridon Narsiya hazırda evdə müalicə olunur.
Bu artıq ABŞ-da koronavirusa yoluxan ikinci gürcü ruhanidir. Bundan öncə keşiş İosif Mindiaşviliyə də koronavirus diaqnozu qoyulub.
Hər iki ruhani Nyu-Yorkda gürcü kilsəsində xidmət edir/Report.