Fillipinin Livandakı səfiri Bernardita Katalla COVID-19-un qurbanı olub.

Bunu Filippinin Xarici İşlər Nazirliyi açıqlayıb.

“Xarici İşlər Nazirliyi dərin kədər hissi ilə Filippinin Livandakı səfiri Bernardita Katallanın COVID-19 səbəbilə vaxtsız ölümünü elan edir”, - XİN-in açıqlamasında bildirilib.

Qeyd edək ki, B.Katallanın 62 yaşı olub/Report.