Ali Məhkəməm ReAl Hərəkatının lideri İlqar Məmmədovun şikayətini təmin etməyib. Virtualaz.org-un məlumatına görə, bununla da İlqar Məmmədovun namizədliyinin qeydə alınması üçün olan ümidlər sona çatdı.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası İlqar Məmmədovun namizədliyini qeydə almamışdı. Bundan sonra ReAl Bakı Apelyasiya Məhkəməsinə müraciət etmişdi. Bakı Apelyasiya Məhkəməsi də İ.Məmmədovun şikayətini təmin etmədiyindən sentyabrın 23-də Ali Məhkəməyə şikayət vermişdi.