"Ezel” serialında oynadığı Ramiz dayı obrazı ilə Azərbaycanda məşhurlaşan aktyor Tuncel Kurtiz vəfat edib. "Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən məlumatına görə, usta sənətçinin evində yıxılaraq öldüyü bildirilir. Son olaraq aktyor "Muhteşem yüzyıl” serialında Əbusuud Əfəndi obrazını canlandırırıb.