Türkiyədə koronavirusa yoluxanların sayı artıb.

Mia.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca açıqlama yayıb.

Nazir bildrib ki, bu gün 11535 nəfər testdən keçirilib: "Onlardan 1 610 nəfərinin nəticələri müsbət çıxdı. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 10827 oldu".

Nazir bildirib ki, bu gün Türkiyədə koronavirusdan daha 37 nəfər ölüb: "Bununla da, ölü sayımız 168 nəfərə yüksəldi, hazırda  725 nəfər reanimasiyadadır".

MİA.AZ