Gürcüstanda təsdiqlənən koronavirus hallarının sayı 100-ə çatıb.

Bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Qeyd olunub ki, karantində 4 978, stasionar nəzarətdə isə 266 nəfər saxlanılır.

Bu günə qədər ölkədə koronavirusa yoluxanların 18-i sağalıb. Hazırda qonşu ölkədə 82 aktiv COVID-19 daşıyıcısı var/Report.