Türkiyədə koronovirusdan ölənlərin sayı 75-ə çatıb.

Mia.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca “Twitter”dəki səhifəsində yazıb.

Nazir bildirib ki, son 24 saatda 7286 nəfər koronovirus testindən keçirilib: "Təəssüf ki, onlardan 1196-nın cavabı pozitiv çıxıb. Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 3629-a çatıb. Bu gün daha 16 nəfər itirdik". 

Mia.az