Malayziya kralı və xanımı karantinə alınıb.

Mia.az “Təsnim”-ə istinadla xəbər verir ki, səbəb Sultan Abdullah Rəayəddin və ülyahəzrətin 7 xidmətçisinin COVID-19-a yoluxmasıdır.

Xanədan üzvləri 14 gün ərzində könüllü karantinə alınma qərarı veriblər.

Hazırda Malayziyada koronavirusa yoluxanların sayı 1796 nəfərə, virus qurbanlarının sayı isə 21 nəfərə çatıb.