Avropa Parlamentinin seçki müşahidə missiyasının tərkibi açıqlanıb. Bu barədə Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanova istinadən məlumat yayılıb. Məlumatda qeyd olunur ki, AP seçkiləri müşahidə missiyasının Avropa Xalq Partiyasından (EPP) 2 nəfər, Liberal-Demokratlar (ALDE), Avropa Mühafizəkar və İslahatçılar, Avropa Azadlıq və Demokratiya (EFD), Birləşmiş solçular və Sosialistlər qruplarının hər birindən bir nəfər olmaqla 7 nəfərdən ibarət tərkibi müəyyənləşib.
Missiyanın rəhbəri Sosialistlər qrupunun üzvü, İtaliyalı parlamentariPino Arlakitəyin edilib.