Türkiyədə koronavirusdan bu günə kimi 44 nəfər ölüb.
Mia.az xəbər verir ki, bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Koca “Twitter” səhifəsindən yazıb.
O bildirib ki, son 24 saatda 3952 şübhəli koronovirus analizindən keçib, onlardan 343-nün cavabı pozitiv çıxıb: "Bununla da Türkiyədə koronavirusa yoluxanların sayı 1872-yə çatıb".