Qırğızıstanda koronavirusa yoluxanların sayı 42-yə çatıb.
Mia.az xəbər verir ki, bunu Qırğızıstan Səhiyyə nazirinin müavini Tolu İsakov keçirdiyi mətbuat konfransında bildirib.
O deyib ki, virusa tutulanların sayı sürətlə artıb. Onlar Bişkek şəhərinin, Oş və Cəlalabad vilayətlərinin səhiyyə müəssisələrinə yerləşdiriliblər. Qeyd olunub ki, ölkədə koronavirusa yoluxan ilk 3 nəfər Səudiyyə Ərəbistanından gəlib.