Qonaqları salamlayan Ali Məclisin Sədri ölkəmizdə prezident seçkilərinə hazırlıq işlərinin aparıldığını bildirib. Qeyd edib ki, ATƏT-in müşahidə missiyası Azərbaycan dövlətinin dəvəti ilə ölkəmizə gəlib. Ölkəmizdə, eləcə də muxtar respublikada müşahidəçilərin fəaliyyətinin təmin olunduğunu bildirən Ali Məclisin Sədri ATƏT-in müşahidə missiyasına işlərində uğurlar arzulayıb.
Qəbula görə minnətdarlıq edən Tana de Zulueta Naxçıvan Muxtar Respublikasında ATƏT-in müşahidə missiyasının nümayəndələri üçün yaradılan şəraitdən razılığını bildirib, prezident seçkiləri zamanı qarşıya qoyulan öhdəliklərin yerinə yetirilməsi sahəsində ardıcıl tədbirlərin görüldüyünü qeyd edib.
Görüşdə prezident seçkiləri zamanı beynəlxalq müşahidəçilərin fəaliyyətinin təşkili və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.