İranda son sutka ərzində koronavirusa yoluxmuş 127 nəfər ölüb.
Mia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirib ki, ümumilikdə ölkədə ölənlərin sayı 1812-yə çatıb: "Hazırda virusa yoluxanların sayı 23049-a çatıb. Son 24 saat ərzində 1411 nəfər koronavirusa yoluxub. Bu günədək sağalanların sayı isə 8376 nəfərdir".
Mia.az