Azərbaycanda daha bir müğənni karantinə alınıb.

Mia.az xəbər verir ki, bu barədə müğənni İlhamə Qasımova "İnstagram" səhifəsində paylaşım edib.

Amerikada yaşayan sənətçi Bakıya bu gün gəldiyini və karantinə alındığını yazıb: “Aeroportda analiz götürdülər. Hazırda karantindəyəm. Hər şey çox gözəldir”.