İranda koronavirusun daha 149 nəfər ölüb.

Mia.az İran mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə nazirinin müavini Əlirza Rəisi açıqlama yayıb.

O bildirib ki, İranda ötən gün 1237 nəfərdə koronavirus aşkarlanıb: "Ümumilikdə ölənlərin sayı 1 433 nəfərə çatıb, 19644 nəfər isə virus daşıyıcılarıdır".

İran rəsmisi deyib ki, bu günə qədər  6745 nəfər koronavirusdan sağalıb.

Mia.az