İtaliyada son sutka ərzində 427 nəfər yeni növ koronavirusdan dünyasını dəyişib.

“TASS” xəbər verir ki, bunu İtaliya Mülki Müdafiə Departamentinin rəhbəri Ancelo Borrellini deyib.

Bildirilib ki, ümumilikdə ölkədə indiyədək 3 405 nəfər koronavirusun qurbanına çevrilib. 

Ölkədə sağalanların sayı 4 400 nəfərə çatsa da, hazırda 41 000 nəfər bu virusa yoluxub/Report.