N!DA Vətəndaş Hərəkatı və Azad Gənclik Təşkilatı sentyabrın 27-də Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli ilə gənclərin görüşünü keçirəcək.
Musavat.com-un verdiyi xəbərə görə, Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçiriləcək görüş axşam saat 17:00-da baş tutacaq.
C.Həsənli görüşdə gəncləri maraqlandıran sualları cavablandıracaq.