"Mənim prezidentim” kampaniyası çərçivəsində ölkəmizin tanınmış simaları vətəndaşları qarşıdan gələn prezident seçkilərində İlham Əliyevi dəstəkləməyə çağırıblar.
AzVision.az xəbər verir ki, "Mənim prezidentim” Gənclər Təşəbbüs qrupu tanınmışlar ilə birlikdə 9 oktyabr 2013-cü il Prezident seçkilərində "Gələcək naminə İlham Əliyevə Səs Verək!" şüarı altında İlham Əliyevin namizədliyini dəstəkləyiblər. Kampaniya çərçivəsində hazırlanan ilk video çarx sosial şəbəkələrdə böyük marağa səbəb olub.