İranda daha 125 nəfər koronavirusdan ölüb.

Mia.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama verib.

O bildirib ki, ölkədə bu birusdan ölənlərin sayı 988 nəfərə çatıb:

"Eyni zamanda, daha 1178 nəfərdə koronavirus aşkarlanıb. Bununla da virus daşıyıcılarının sayı 16169 nəfərə çatıb. 5389 nəfərsə sağalıblar"