Gürcüstanda koronavirusa daha bir yoluxma halı təsdiqlənib.

Bunu Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

Bununla qonşu ölkədə koronavirusa yoluxma halları 34-ə çatıb. Ötən gün virusdan sağalan yerli azərbaycanlı evə buraxılıb.

Hazırda karantində 1008, stasionar nəzarətdə isə 64 nəfər saxlanılır/Report.