Rusiyada koronavirus daşıyıcılarının sayı 93-ə çatıb.

“RİA Novosti” xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini Tatyana Qolikova deyib.

Onun sözlərinə görə, Rusiyada koronavirusa yoluxma hallarının 86-sı xariclə əlaqəlidir, 7-si isə təmasdan yoluxub.

Bundan əlavə, T.Qolikova 4 nəfərin artıq sağaldığını bildirib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 159 ölkə və bölgədə qeydə alınıb/Report.