İranda daha 129 nəfər koronavirusdan ölüb.

Mia.az xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur açıqlama verib.

O bildirib ki, ölkədə virusdan ölənlərin sayı ümumilikdə 853 nəfərdir: "Daha 1 053 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 14 991 nəfərə çatıb. Eyni zamanda, 4 996 nəfərin koronavirusdan sağalaraq, evlərinə buraxılıb"