“Bu gün dünyada koronavirus epidemiyasının yayılması və digər hadisələrlə əlaqədar neftin qiyməti 30-35 dollara enib”.
Bunu parlamentin bu gün keçirilən iclasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Onun sözlərinə görə, epidemiyanın iqtisadiyyata təsiri iyun ayında bitəcək: “Bu gün Azərbaycan iqtisadiyyatının sabit qalması üçün kifayət qədər imkanlar var. Biz neftin qiymətini 55 dollardan götürmüşük. Amma hazırda neftin qiyməti 30-35 dollardır. Mən insanları təşvişə düşməməyə çağırıram”.