Pakistanın paytaxtı İslamabad yaxınlığında qəzaya uğramış hərbi təyyarənin pilotu həlak olub.

“Report” “Geo TV”yə istinadən xəbər verir ki, F-16 təyyarəsinin pilotu martın 23-də keçiriləcək hərbi parad ərəfəsində plan uçuşu keçirirdi.

Məlumata görə, hadisəyə səbəb mühərrikə quşun girməsi ehtimal edilir.