Bu barədə Cəmil Həsənlinin mətbuat xidməti yayıb.
Məlumata görə, sentyabr 23-də KXCP Tovuz rayon şöbəsindən partiyanın Ali Məclis üzvü Vüqar İsmayılov seçki kampaniyası ilə əlaqədar təşkilatı işləri yerinə yetirərkən həbs olunub və ona rayon məhkəməsinin qərarı ilə 7 sutkalıq inzibatı həbs cəzası verilib. Cəmil Həsənlinin Seçki Qərargahından verilən məlumata görə 18 saylı Nizami-Nərimanov seçki dairəsi hüdudlarında Cəmil Həsənlinin seçki plakatları kütləvi şəkildə cırılıb. Hazırda əraziyə məsul olan KXCP Seçki Qərargahının üzvləri cırılmış və ya yarasız hala salınmış plakatlar yeniləri ilə əvəzləyirlər.