Türkiyə Silahlı Qüvvələri Suriyada PKK/YPG terrorçularına qarşı növbəti əməliyyat keçirib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əməliyyatla PKK/YPG terror təşkilatının 13 üzvü məhv edilib.

Bildirilib ki, onlar Suriyanın Tel Rıfat şəhərindən Türkiyə ordusunun “Fərat qalxanı” əməliyyatı bölgəsindəki heyətinə qarşı hücuma hazırlıq görürlərmiş.