Deputatlar sabah - martın 9-da Milli Məclisdə olacaqlar.
Mia.az Pravda.az-a istinadən xəbər verir ki, onlar koronavirusa görə test ediləcəklər.
Qeyd edək ki, koronavirus təhlükəsi ilə əlaqədar Milli Məclisin inzibati binasının girişində daxil olan şəxslərin hərarətinin yoxlanılması məqsədilə termovizor qurğusu quraşdırılıb.