İtaliyada koalisiyon hökumətdə təmsil olunan Demokratik Partiyanın lideri Nikola Dzinqaretti koronavirusa yoluxub.

Mia.az “Habertürk”a istinadla xəbər verir ki, bu barədə onun özü “Facebook”dakı səhifəsində canlı yayımda belə bir açıqlama verib: “Məndə koronavirus aşkarlanıb. Hazırda ev şəraitində karantində saxlanılaram".

Xatırladaq ki, bu günə qədər İtaliyada 200 nəfərə yaxın insan koronavirusdan ölüb, 4600-dan çox isə bu virusdan müalicə edilir.

Mia.az