O bildirib ki, partiyanın Baş Məclisi prezident seçkisində Ədalət Partiyasının sədri İlyas İsmayılovu dəstəkləmək qərarı qəbul etdikdən sonra üç dəfə görüşə getsələr də, 11 saylı Cəzaçəkmə Müəssisəsinə buraxılmayıblar: "Sonuncu dəfə bizə dedilər ki, siz bura gələndə problem yaranır. Soruşduq nə problem, dedilər içəridən şəkil çəkib mətbuata ötürürsünüz. Halbuki İslam Partiyasının üzvləri belə bir hərəkətə yol verməyiblər. Biz qanunu da yaxşı bilirik, davranışımıza da nəzarət etməyi bacarırıq”.
Mövsüm Səmədov 2011-ci ilin yanvarından həbsdədir. O, hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub.