Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlama verib.
Mia.az xəbər verir ki, o, Rusiyadan alınan S-400-lərlə bağlı danışıb.
Prezident deyib ki, “S-400” artıq Trkiyənindir: "Onun bütün hissələri əlimizdədir. Apreldən artıq fəaliyyətə başlayacaq. Ancaq amerikalı məsul şəxslərə yenə söyləyirəm, "əgər bizə “Patriot” versəniz, sizdən də “Patriot” alarıq”".