Türkiyə Silahlı Qüvvələri İraqın şimalında gerçəkləşdirdiyi əməliyyatda 9 PKK terrorçusunu məhv edib.
Mia.az xəbər verir ki, bunu ölkənin Milli Müdafiə Nazirliyi açıqlayıb.
Bildirilib ki, İraqın şimalındakı Avaşin bölgəsində 4, Hakurkda 5 nəfər olmaqla ümumilikdə, 9 PKK terrorçusu hava dəstəkli əməliyyatla zərərsizləşdirilib: "Ən son terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam edəcək”.